«Gəmiqaya Avtonəqliyyat» MMC-dən (VÖEN: 0201375131) daha 6 şirkət ayrılıb.
"Gəmiqaya Holdinq"in daha bir şirkəti bu brenddən - “İMTİNA” ETDİ
FED.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, «Gəmiqaya Avtonəqliyyat” MMC tərkibindən “Avtonax MR” MMC-nin, “Avtonəqliyyat MR” MMC-nin, “Texnika NAX” MMC-nin, “Naxtexnika-2023” MMC-nin, “Naxlogistic” MMC-nin və “Avtotech MR” MMC-lər ayrılıb.
«Gəmiqaya Avtonəqliyyat” MMC bu ayrılma nəticəsində yenidən təşkil olunduğunu elan edir.