“Gəmiqaya Holdinq”in şirkəti yenidən təşkil olunur.
FED.az xəbər verir ki, “Gəmiqaya Avtonəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərkibindən “Avtonax MR” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Avtonəqliyyat MR” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Texnika NAX” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Naxtexnika 2023” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Naxlogistic” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Avtotech MR” Məhdud Məsuliyyətli Cəmiyyətinin ayrılması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
“Gəmiqaya Avtonəqliyyat” MMC ötən ilin 30.12.2022-il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 487 788 manatdır və qanuni təmsilçisi Vüsar Məmmədov Məmməd oğludur.
Hüquqi ünvanı Az7000, Naxçıvan şəhəru, Cəlil Məmmədquluzadə ev 34/2-də yerləşir