«Sumqayıt Elektrik Dəstləşdirmə» ASC-nin 2020-ci il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatı açıqlanıb.
FED.az xəbər verir ki, hesabata əsasən, 2020-ci ildə ASC-nin əməliyat gəlirləri 10,2 dəfə artaraq 516 min manatdan 5,3 milyon manata yüksəlib.
Yerinə yetirilən işlər isə təqribən 9 dəfə artaraq 602 min manatdan 5,3 milyon manata yüksəlib.
Xərcləri isə 3,3 dəfə artaraq 158 min manatdan 526 min manata yüaksəlib.
Nəticədə şirkət 2020-ci ili 57 356 manat xalis mənfəətlə bitirib, bu 2019-cu illə müqayisədə 8,3 dəfə artıqdır.
Xatırladaq ki, «Sumqayıt Elektrik Dəstləşdirmə» ASC 2019-cu ildə cəmi 6 869 manat xalis mənfət əldə etmişdi.