2020-ci il üçün fiziki şəxslərin gəlir vergisi üzrə ödəyəcəyi vəsaitin həcmi cari il ilə müqayisədə 33,5% çox olacağı proqnozlaşdırılır.
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının "2020-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə rəyində əksini tapıb.
Eləcə də bax: Muzdlu işdən gəlir vergisi hesablananda - NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR?
Hesabatda qeyd olunub ki, 2020-ci il üçün hüquqi şəxslərin mənfəət vergisi üzrə 2 656,5 mln. manat (cari il üçün təsdiq edilmiş məbləğlərlə müqayisədə 0,5% az), sadələşdirilmiş vergi üzrə 380 mln. manat (18%), fiziki şəxslərin gəlir vergisi üzrə 1 175,0 mln. manat (33,5% çox), aksizlər üzrə 1 049,0 mln. manat (6,8% çox), mədən vergisi üzrə 134,5 mln. manat (1,1% çox) məbləğində vəsait nəzərdə tutulub.
Apa