Azərbaycan ərəb ölkələrinə ixracı artırmaq niyyətindədir.
FED.az xəbər verir ki, bunu Ərəb ölkələri ilə əməkdaşlıq Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.
O bildirib ki, 2021-ci ildə Azərbaycandan Oman, Suriya və İraqa tikinti materiallarının ixracı planlaşdırılır:
"Hazırda bu ölkələrin nümayəndələri ilə danışıqlar aparılır və ixracın gələn ilin sonunadək reallaşdırılması nəzərdə tutulur. Bu bazarlara çıxış İordaniya vasitəsilə baş tutacaq, bu istiqamətdə də danışıqlar davam edir".
Y.Əliyev əlavə edib ki, əsasən qida və kənd təsərrüfatı məhsullarının ixracı planlaşdırılır:
"Bu ölkələrin biznes dairələri isə öz növbəsində Azərbaycanın əczaçılıq, neft-kimya sənayelərinə, mehmanxana və restoran biznesinə investisiya yerləşdirməyə hazır olduqlarını bildirib. İnvestisiyaların yatırılması pandemiya bitəndən sonra, investorların ölkəyə gəlib mövcud şəraitlər tanış olmasından sonra gözlənilir". (Trend)