Bir neçə gün əvvəl gurultulu reklam tryuku ilə Azərbaycanın enerji içkiləri bazarına daxil olan «FULL Energy»nin reklam roliki Feysbukda neqativ qarşılanıb və bəzi istifadəçilər tərəfindən lağa qoyulub.
FED.az xəbər verir ki, şirkətin bir sıra tanınmış şəxslərin iştirakı ilə təşkil etdiyi təbliğat roliki istifadəçilərin neqativ reaksiyasına səbəb olub. Qeyd edək ki, rolikdə bir sıra müğənnilər və şou-biznes nümayəndələri çəkilib.
İstifadəçilər, həm burada əkilən şəxslərə, həm reklamın formasına, həm də ümumiyyətlə enerji içkilərinin zərərli olmasına görə, mənfi rəylər yazıblar.
«Onlar tam yaşamaq üçün FULL-u seçdi. Sən də seç! Sən də tam yaşa» şüarı ilə paylaşılan reklamın cavabında istifadəçilərdən biri «Tam yaşamaq---budursa... Deməli, TAM-da yaşamaq lazım deyilmiş ))))))» yazıb.
Digər istifadəçilər
«esl Azerbaycan reklami. Mehsurlar istifade edirse sen de et! Fikir verme, o mehsur savadsizdir, fikir verme, o mehsurun heyat ve yasam terzi ne yerdedir»
«Marketdə görsəydim alardım, reklamı görəndən sonra çətin.»
«Mənfi səviyyəyə düşmüş reklam silsiləsindən.»
«Bunu cox icin ? Ama men icmirem cunki menim ucun zererlidi ?»
«Yaxwi weyi reklam etmirler»
kimi rəylər yazıblar.