“Xaricdə yaşayan azərbaycanlı iş adamlarının Azərbaycana sərmayə qoyması çox yaxşı olar. Ona görə də biz bu istiqamətdə çox ciddi işlər həyata keçiririk”.
FED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında Memorandumun imzalanmasına həsr olunan mərasimdə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
Eləcə də bax: Azərbaycanda iş adamları üçün yeni qurum - DÖVLƏT RƏSMİLƏRİ DƏ QATILIB
O, xaricdə yaşayan həmvətənlərimizin Azərbaycana sərmayə qoyması üçün daha əlverişli imkanlar yaradılacağını vurğulayıb:
“Prezident İlham Əliyevin bizim qarşımızda qoyduğu vəzifələrdən biri də xaricdə yaşayan soydaşlarımızla olan əlaqələrimizi inkişaf etdirmək və gələcəkdə həmvətənlərimizin Azərbaycan iqtisadiyyatına töhfə verməsinə nail olmaqdır. Heydər Əliyev Fondunun dəstəyilə Avropada Azərbaycandili məktəblər açılır. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyilə Qarabağ adlı azərbaycandilli məktəblərimiz fəaliyyətə başlayıb. Artıq bu mətkləblərin fəaliyyətində xaricdə yaşayan azərbaycanlı iş adamları da yaxından iştirak edirlər. Ona görə də biz xaricdə yaşayan azərbaycanlı iş adamlarının ölkəmizdə müxtəlif sahələrə investisiyalar qoymaqla gələcəkdə bu kimi təbliğatların daha da inkişaf etdirilməsi üçün imkanlar yaratrmağı düşünürük”.