10 yanvar 2025-ci il saat 14.00-da “F.S” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, ümumi yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcək:
1. Cəmiyyətin 2023-cü və 2024-cü illər üzrə maliyyə hesabatlarının və maliyyə balansının təsdiq edilməsi.
2. 2023-cü və 2024-cü illərin dividendlərinin bölüşdürülməsi.
3. ASC-nin bölünməsi və bölünmə şəklində yenidən təşkili.
4. ASC-nin bölünmə balansının təsdiq edilməsinə və bölünmüş əmlakının təhvil verilməsi qaydasının müəyyən edilməsi.
5. ASC-nin bölünməsi nəticəsində yenidən təşkil edilən MMC-lərin təsis edilməsinə razılığın verilməsi.
6. ASC-yə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması.
7.Digər məsələlər.
Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanışlıq üçün həftənin iş günləri saat 10.00-dan-13.00-dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər.
Əlaqə telefonu- 012-564-25-76.
Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 1999-cu məhəllə.