"Azərbaycandan Fransaya xam neftdən başqa ixrac olunan əsas qeyri-neft məhsullarının – fındıq, meyvə-tərəvəz, xurma, şərab və s. ixracını genişləndirmək mümkündür".
FED.az xəbər verir ki, bunu Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri ilə işgüzar görüşü zamanı çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Eləcə də bax: Azərbaycan sahibkarları Fransada şərab müsabiqəsinə - DƏVƏT OLUNURLAR
Onun sözlərinə görə, 2019-cu il Azərbaycan ixracın 3%-i Fransanın payına düşüb. Fransadan idxal olunan məhsullar isə ümumi idxalın 2,1%-ni təşkil edib.
Qeyd edək ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan ilə Fransa arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Palatanın missiyası üzvlərini unikal şəbəkələşmə imkanları ilə təmin etməkdir. Eyni zamanda, Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə Palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.
Apa