ABŞ-da məhkəmədə, Fransanın sement nəhəngi Lafarge, Suriyada zavodunun fəaliyyətini davam etdirməsi üçün terror təşkilatı İŞİD-ə pul ödədiyini qəbul edib.
Eləcə də bax: Fransanın bu şirkəti Rusiyadakı əksər əməliyyatlarından - ÇƏKİLƏCƏK
FED.az xəbər verir ki, Lafarge şirkəti 777,8 milyon dollar cərimə ödəyəcək.
Şirkətin 2013-cü ilin avqust ayından 2014-cü ilin oktyabr ayına qədər İŞİD-ə təqribən 17 milyon dollar ödədiyi bildirilir.
2015-ci ildə İsveçrədə yerləşən Holcim tərəfindən satın alınan Lafarge-nin yaydığı məlumatda, “Lafarge və Lafarge Cement Suriya, davranışları Lafarge-ın davranış kodeksini açıq şəkildə pozan müvafiq menecerlərinin hərəkətlərinə görə məsuliyyəti öz üzərinə götürdü. Biz bu davranışa görə çox kədərlənirik və bu problemi həll etmək üçün ABŞ Ədliyyə Nazirliyi ilə işləmişik”,- deyilir.
2018-ci ildə Fransada da Lafarge, İŞİD-ə etdiyi ödənişlər ilə insanlığa qarşı cinayətlərin ortağı olmaqda ittiham olunub. Lafarge Fransada davam edən istintaqda Fransa hakimiyyəti ilə əməkdaşlığa davam etdiyini bildirib.
Qeyd edək ki, İsveçrənin Holcim şirkəti "Holcim Azərbaycan" ASC-nin də əsas səhmdarıdır. (Marja)