Fransanın məşhur “Suez Wts France” şirkətinin Azərbaycan Respublikasındakı Filialı bağlanır.
Eləcə də bax: "Silk Way Holding"in turizm şirkəti - ADINI DƏYİŞİB
FED.az xəbər verir ki, bu barədə şirkətin özü açıqlama yayıb. Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti "Azure Biznes Mərkəzi" küçəsi, ev 15, mənzil ofis 140 ünvanına bildirə bilərlər.
"Suez" şirkətindən bununla bağlı FED.az-a verilən açıqlamada bildirilir ki, «SUEZ» artıq 16 ildir ki, Azərbaycanda dövlət və sənaye sektoru, o cümlədən su-kanalizasiya və tullantıların idarə olunması istiqamətlərində ağıllı və ekoloji cəhətdən səmərəli həllər tətbiq edərək ölkə iqtisadiyyatının və ətraf mühitin inkişafına töhfə verir.
İndiyədək SUEZ-in Azərbaycanda 2 filialı fəaliyyət göstərirdi. Bir qədər əvvəl filiallardan biri fəaliyyəətini dayandırıb. Şirkətdən bildirilir ki, ləğv olunan filial SWTS (SUEZ Water Technologies and Solutions) adından Azərbaycanda 2017-ci il sentyabr ayından fəaliyyət göstərirdi. İki filialın fəaliyyətini bir strukturda birləşdirmək qərara alınıb. Bu məqsədlə məqsədilə sözügedən filial ləğv olunub və işçi heyəti artıq 2019-cu ilin may ayında SUEZ GROUPE filialına köçürülüb.