Dünyanın ən böyük şirkətlərini sıyahıya alan “Fortune Global 500” bu ilki cədvəli açıqlayıb.
Eləcə də bax: "Çinin "dünya fabriki" olduğu günlər keçmişdə qaldı"
FED.az xəbər verir ki, siyahıda ilk dəfə olaraq Çin və Hong Kongda yerləşən şirkətlərin sayı “Fortune 500”də ABŞ şirkətlərindən üstələyib.
Belə ki, siyahıda Çin və Hong Kongda yerləşən 124 şirkət yer alıb. Tayvan mərkəzli şirkətlərin əlavə edilməsi ilə “Böyük Çin”də şirkətlərin ümumi sayı 133-ə çatır.
ABŞ şirkətlərindən isə bu il cəmi 121 şirkət “Fortune Global 500”-ə düşə bilib.
1990-cı ilə açıqlanan ilk “Fortune Global 500” siyahıda heç bi çin şirkəti yox idi.
ABŞ pərakəndə satış nəhəngi “Walmart” 523 milyard 964 milyon dollar gəlirlə siyahıda birinciliyini qoruyub.
Lakin “Walmart”dan sonra gələn ilk üçlükdə çin şirkətləri – Sinopec (Neft və kimya 407 milyard dollar gəlir), State Grid (Elektrik şəbəkəsi, 383.8 milyard dollar gəlir) və China National Petroleum (Neft və təbii qaz, 379.1 milyard dollar gəlir) yer alır.
“Fortune”ın baş redaktoru Cliff Leal 1990-cı ildə siyahının ilk elan olunduğu ildə heç bir Çin şirkətinin siyahıda yer almadığına diqqət çəkib. O, “Keçən 30 ildə Çin qlobal ticarət partlayışı ilə gücləndi və qlobal ümumi daxili məhsulun 59 faizinə çatıb” deyə bildirib.
Siyahıda ən mənfəətli şirkət “Saudı Aramco” olub.
ABŞ və Çin arasındakı ticarət müharibəsinə baxmayaraq, “Fortune yazarı” Geoff Colvin “İki ölkənin iqtisadiyyatı bir çox cəhətdən bir-birinə o qədər nüfuz edib ki, onların bir-birindən uzaqlaşdığını təsəvvür etmək çətindir. Yenə də hər iki tərəfin siyasi qüvvələri ölkələrini bu istiqamətdə yönləndirməkdədirlər ”deyib.
“Fortune” daha bir vacib detala da diqqət çəkib. Siyahıda şirkətlərin gəlirlərinə görə sıralandırıldığını xatırladıb və “Walmart”dan sonra sıralanan üç Çin şirkətinin dövlət tərəfindən dəstəklənən inhisar olduğu vurğulayıb.
“Fortune” siyahıda olmağın “mənfəət” göstəricisi olmadığını da vurğulayıb.
Misalçün, “Saudi Aramco”nun gəlir sıralamasında altıncı olmasına baxmayaraq, 88 milyard dollar ilə siyahıdakı ən çox mənfəət əldə edən şirkətdir.
Qeyd edək ki, “Fortune Global 500”ün tam siyahısına buradan baxa bilərsiniz.