“Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran-Prisini 90 milyon nəfər izləyib.
FED.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.
Eləcə də bax: Formula 1-ə görə Bakıya 74 ölkədən azarkeş gəlib - STATİSTİKA
Onun sözlərinə görə, bu, ötən mövsümlə müqayisədə 10 faiz çoxdur. Arpadarai deyib ki, dünya üzrə 2019-cu ildə Bakıda keçirilən yarışla bağlı 37 mindən çox xəbər dərc olunub və bu məlumatların media dəyəri 131 milyon dollar təşkil edir.
Qurum rəsmisi 2019-cu il mövsümündə Azərbaycan Qran-Prisində 13 min işçi qüvvəsinin çalışdığını vurğulayıb. Xaricdən 500 marşal Azərbaycan Qran Prisində işləmək üçün müraciət edib. Bunlardan 100-nün müraciəti qəbul edilib.
Sponsorlardan gələn gəlirlər sayəsində ötən il Azərbaycan Qran-Prisinin qazancı 50 faiz olub.
Qeyd edək ki, ötən il SOCAR Azərbaycan Qran-Prisinin titul sponsoru olub.
Oxu