Sanksiyalar çərçivəsində Rusiyanı qismən və ya tamamilə tərk edən beynəlxalq şirkətlər ölkədə 200 mindən çox insanı işlə təmin edir.
Eləcə də bax: İndiyə qədər Rusiyada fəaliyyətini dayandıran şirkətlərin - TAM SİYAHISI
FED.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı yazır.
Nəşrin məlumatına görə, "McDonald's" Rusiyanı tərk edən şirkətlərin ən böyük işəgötürənidir. Rusiyada sözügedən "fast food" restoranları şəbəkəsində 62 min işçi çalışırdı.
"Pepsico" muzdlu işçilərin sayına görə ikinci ən böyük şirkətdir. Məlumata görə, şirkətə məxsus müəssisələrdə təxminən 19 minə yaxın işçi çalışırdı.
Bundan başqa, IKEA Rusiyada mağazalarını üçaylıq bağlayıb və yerli istehsalı dayandırıb. Şirkətdə IKEA-nın hələ də işdən çıxarmadığı 15 min işçi çalışır. (Apa)