“Forbes Real Time” jurnalı Rusiyanın ən zəngin iş adamlarının yeni reytinqini açıqlayıb.
FED.az xəbər verir ki, “Lukoyl” şirkətinin əslən azərbaycanlı sahibi Vahid Ələkbərov siyahıda üçüncü olub.
Eləcə də bax: Dünyanın ən zəngin azərbaycanlısı - 3 MİLYARD DOLLAR XƏRCLƏDİ
Onun varidatı 21,2 milyard dollar həcmindədir.
Reytinqdə birinci yeri 26,2 milyard dollarla “Novatek” və “Sibur” şirkətlərinin prezidenti Leonid Mikelson tutub. Biznesmen və Vladimir Putinin dostu Qennedi Timçenko 22,1 milyard dollarla ikinci yerdə qərarlaşıb.
Dördüncü yeri 20,8 milyard dollarla Vladimir Lisin, beşinci sıranı isə 20.4 milyard dollarla Aleksey Mordaşov tutub.
Oxu