Biznes

“Forbes” dünya varlılarının reytinqini - DƏRC EDİB

“Forbes” dünya varlılarının reytinqini - DƏRC EDİB | FED.az
18:11 7 Aprel 2020

ABŞ-ın “Forbes” biznes jurnalı dünyanın 20 ən varlı insanının siyahısını dərc edib.

FED.az xəbər verir ki, bu siyahıda lider mövqeyində “Amazon” internet-reteylinin qurucusu və baş direktoru Ceff Bezos durur. Onun sərvəti 113 milyard ABŞ dolları qiymətləndirilir.

2-ci yerdə 98 milyard ABŞ dollar səvətlə “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts qərarlaşıb. 

3-cü yeri isə LVMH moda evinin sahibi Bernar Arno və onun ailəsi tutub. Onların sərvəti 76 milyard ABŞ dolları təşkil edir.

4-cü yerdə “Berkshire Hathaway” investisiya evinin rəhbəri Uorren Baffett olub. Jurnal onun sərvətini 67,5 milyard ABŞ dolları qiymətləndirib. 

Liderlərin ilk beşliyini “Oracle” şirkətinin təsisçisi Larri Ellison qapayır. Onun var-dövləti 59 milyard ABŞ dollarıdır.

 2020-ci ilin reytinqindəki milyarderlərin ilk 20 nəfərinin var-dövlətinin ümumi məbləği 1,14 trilyon ABŞ dolları təşkil edib. 

Report

Digər xəbərlər