İqtisadiyyat Nazirliyi yanında Sahibkarlıq Kömək Milli Fondu (SKMF) ləğv olunması ilə bağlı kreditorlarına müraciət edib.
FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışında bildirilir.
Məlumatda deyilir ki, kreditorlar 15 gün ərzində tələblərini Fondun Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanında inzibati binasına bildirə bilərlər.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il avqustun 1-də imzaladığı “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərmana əsasən, SKMF ləğv edilib, onun əvəzində nazirliyin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi təsis edilib.