Daha sürətli və ucuz ticarət yolları Azərbaycana karbohidrogenlərdən kənar iqtisadiyyatının şaxələndirilməsi üçün zəruri olan texnologiyalara və təcrübəyə çıxış imkanı verəcək.
FED.az xəbər verir ki, bu barədə "Fitch Solutions" (FS) şirkətinin hesabatında qeyd edilib. FS analitikləri bildirib ki, hasilatın davamlı azalması fonunda qeyri-karbohidrogen sektoru neft sektorundan daha sürətlə inkişaf edir: "İqtisadiyyatın əsas sənayesi olan neft sektorunda geriləmələr alternativ sənayelərin və enerji mənbələrinin böyüməsini zəruri edəcək. Bu da öz növbəsində əhəmiyyətli kapital qoyuluşu tələb edəcək".
"Fitch Solutions" əlavə edib ki, indiyədək təmiz enerjiyə sərmayəyə Səudiyyə Ərəbistanının ACWA və BƏƏ-nin Masdar kimi beynəlxalq investorları rəhbərlik edib. Baxmayaraq ki, bu sektorlar hazırda ölkənin elektrik istehsal kompleksinə cəmi 1,3% töhfə verir, bu şirkətlər Azərbaycanın külək və günəş enerjisi sənayesini inkişaf etdirir. (Apa)