“Finans Lizinq” ASC-nin İdarə Heyətinin sədri Rabil Məmmədov işdən çıxıb.
FED.az məlumat verir ki, onu müvəqqəti olaraq Müşahidə Şurasının sədri Elxan Həşimov əvəz edir.
Eləcə də bax: “Finans Lizinq” 2018-ci ilin nəticələrini açıqlayıb - HESABAT
Xatırladaq ki, “Finans Lizinq” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,2 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Tokay Şıxəlizadəyə, 18,4%-i Murğuz Tağıyevə, 16,5%-i Azad Cəbrayılova, 12%-i Sevda İbrahimovaya, yenə də 12%-i Mobil Şərifova, 8%-i Tahir Namazova, 4,5%-i Tofiq Cəfərova, 3,1%-i Azər Hacıyevə, 2%-i Elçin Tağıyevə, 1,7%-i Zakir Zeynalova, 1,5%-i Anar Bağırova, 1%-i Anar Aslanova, 0,3%-i isə Zülfüqar Niftiyevə məxsusdur.
Report