Filmlərin ilkin reklam qaydalarına dəyişiklik edilib.
Eləcə də bax: Təcili: Vergi bəyannaməsi və vergi ödənişinin - MÜDDƏTİ UZADILDI - RƏSMİ AÇIQLAMA
FED.az "apa"ya istinadən xəbər verir ki, bu, “Filmlərin yayımı və nümayişi Qaydaları”na dəyişiklik edilməsi ilə bağlı Baş Nazir Əli Əsədovun qərarında öz əksini tapıb.
Dəyişikliyə əsasən, filmlərin yayımı və kütləvi nümayişi ilə məşğul olan fiziki və hüquqi şəxslər filmin ilkin reklamı zamanı filmin nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) filmin yaş kateqoriyasına uyğun işarənin və yaş məhdudiyyəti barədə xəbərdarlığa dair mətnin yerləşdirilməsini təmin edəcəklər.