FED.az TENDER xəbər verir ki, Azərbaycan Dövlət Film Fondu inzibati binasının mühafizəsi üçün AÇIQ TENDER ELAN EDİR
Tender l lot üzrə keçirilir.
Lot - 1. Dövlət Film Fondunun inzibati binasının mühafizəsi.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisə edilməsi bal sistemi ilə həyata keçiriləcəkdir.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Müqavilə il ərzində yerinə yetirilməlidir. Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər. Tenderdə iştirak etmək istəyənlər 50 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu elanın dərc edildiyi gündən tender komissiyasından ala bilərlər. (əlaqələndirici şəxs Qalabəyov Şahin Zavid oğlu, telefon: 404-04-82)
Azərbaycan Respublikası Dövlət Film Fondunun rekvizitləri
VÖEN 1300177741:
Al. Ödəyən bank Adı: Dövlət Xəzinədarlıq Agentliyi
KOD: 210005
VÖEN: 1401555071
Mh:AZ41NA BZ01360100000000003944
S. W. I. F. T. Bik: CTREAZ22
A2. Ödəyən müştəri Adı: Dövlət Film Fondu
Hh:AZ24CT RE00000000000002178406
VÖEN: 1300177741
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
. - tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;
- Daxili İşlər Nazirliyinin lisenziyası;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bankdan arayış;
- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanları tərəfindən arayış;
- tender təklifinin təminatı (zərflərin açıldığı tarixdən 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən 60 bank qüvvədə olmalıdır);
- sənədlər Azərbaycan dilində, iki nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. İddiaçılar tenderdə iştirak etmək üçün qeyd olunan sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 4 dekabr 2018-ci il saat 17.00-dək tender komissiyasına təqdim etməlidirlər.
Tender təklifi və bank zəmanəti möhürlənmiş ikiqat zərfdə 2018-ci il dekabrın 13-dək tender komissiyasına təqdim edilməlidir. Tender zərfləri 14 dekabr 2018-ci il saat 12.00-da Dövlət Film Fondunun binasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. T
Film Fondu mühafizəçi axtarır - TENDER ELANI
11:46
15 Noy 2018