BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafının dəstəklənməsi istiqamətində əməkdaşlıq genişləndirilir.
ELƏCƏ DƏ BAX: Fiziki şəxs vergiödəyicilərinin ünvanları açıqlana bilərmi? - NAZİRLİKDƏN AÇIQLAMA
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb. Görüşdə agentliyin fəaliyyəti, göstərdiyi xidmətlər və həyata keçirlən layihə və proqramlar haqqında ətraflı məlumat verilib, müvafiq istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
M.Çakmak FAO-nun Azərbaycan üzrə fəaliyyət istiqamətləri və hədəfləri barədə danışaraq kiçik və orta biznesin təmsil etdiyi təşkilatın fəaliyyət göstərdiyi sahələr üzrə prosesə cəlb edilməsinin dəstəklənməsinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri baxımından əhəmiyyətli olduğunu bildirib.
Görüşdə KOBİA və FAO arasında KOB-ların inkişafı üzrə potensial əməkdaşlıq layihəsi istiqamətində ətraflı müzakirələr aparılıb və yaxın müddətdə bu sahədə uyğun layihənin müəyyən edilərək həyata keçirilməsinə dair razılıq əldə olunub. Eyni zamanda, M.Çakmak KOBİA nümayəndə heyətini FAO-nun Romada yerləşən ofisinə dəvət edib və səfər çərçivəsində təşkilatın bu sahədə dünyada həyata keçirdiyi ən yaxşı təcrübələrə dair ikitərəfli müzakirələrin təşkil ediləcəyini bildirib.