Son bir neçə ay Facebook üçün ağır keçib. Sosial şəbəkə bir neçə qalmaqal, məlumatların kənara «axması» və maliyyə göstəricilərinin pisləşməsi ilə üzləşib. FED.az xəbər verir ki, SimilarWebin apardığı araşdırmaya görə, vəziyyət bundan da pis ola bilər. Facebook dünyanın ikinci ən populyat saytı statusunu itirə bilər, bu yeri tutmağa YouTube hazırlaşır
Araşdırmanın müəlliflərindən bğiri olan Stiven Kraus bildirir ki, yaxın 2-3 ay ərzində YouTube ziyarətçilərin sayına görə Facebook-u keçəcək.
2 il əvvəl Facebook-un aylıq ziyarətçilərinin sayı 8,5 milyard nəfər olduğu halda indi bu göstərici 4,7 milyard nəfərə düşüb. Əvəzində bu dövrə ərzində YouTube öz ziyarətçilərinin sayını planauyğun şəkildə artıraraq ötən ay 4,5 milyard nəfərə çatdırıb.
Amma məsələ təkcə bunda deyil. Facebook-un reklam gəlirlərinin təqribən 70%-i ABŞ və Avropanın payına düşür. Amma bu ilin ikinci rübündə şirkətin ABŞ-dakı orta aylıq auditoriyası (241 milyon nəfər) heç artmayıb. Avropada isə bu göstərici hətta azalaraq 377 milyondan 376 milyona düşüb.
Doğrudur, Facebook bu bazarı çoxdan «udub». Belə ki, ABŞ-ın bütün əhalisinin 97%-i, Avropa əhalisinin isə 90%-i Facebook-dadır.
Avropa və Şimali Amerika Facebook üçün ən gəlirli bazarlardır. Avropadakı şər istifadəçi şəbəkəyə orta hesabla $8,76, ABŞ-dakı istifadəçilərin isə hər biri $25,91 gəlir gətirir. Ona görə də əgər Facebook buradakı istifadəçilərini itirməyə başlasa, kənardakı istifadəçilərin hətta artması da şirkəti xilas etməyəcək. Məsələ bundadır ki, Avropa vəABŞ-dan kənardakı hər bir istifadəçi Facebook-a rübdə cəmi $1,91 gəlir gətirir.
İnvestorlar qorxur ki, auditoriyanın artmaması şirkətin gəlirlərinin də azalmasına səbəb ola bilər. Facebook onları ruhlandırmaq üçün yeni termin ortaya atıb – bu tətbiqlər ailəsinin auditoriyası adlanır. Facebook-un nəzarətində olan Instagram, WhatsApp və Messenger-i nəzərdə tutan bu ailəyə 2,5 milyard nəfər üzvdür. Özü də bu şəbəkələr Facebookun özündən daha sürətlə artır.
SimilarWeb-də hesab edirlər ki, Facebook-un göstəricilərinin azalmasına baxmayaraq ümumi inkişaf göz qabağındadır. Üstəlik Facebook-un mobil versiyasına gərişlər də yüksəlir. Ümumilikdə isə dünyadakı hər üç nəfərdən biri 2,5 mlrd nəfər Facebook-un şəbəkələrindən birində istifadə edir.
Bu arada YouTube özünü gənc nəsil üçün əyləncə və informasiya mənbəyi kimi tanıdıb və onun məhsullarına tələbat artıb.
Google isə ayda 15,2 milyard nəfər ziyarətçi ilə ABŞ-ın ən populyar saytıdır. Dəqiqdir ki, yaxın vaxtlarda nə Facebook, nə də YouTube onu ötüb keçə bilməyəcəklər.