Azərbaycanda eyni şəxsə məxsus iki şirkət ləğv edilir.
Eləcə də bax: Azərbaycanda eyni şəxsə məxsus 3 şirkət - Ləğv Edildi
FED.az Banker.az-a istinadən xəbər verir ki, “My Vvays” və “İpos İnnovation” ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini 0100 Xırdalan şəhəri, Abşeron rayonu, Q.Musabəyov küçəsi dalan 1, ev 1, mənzil 15 ünvanına bildirə bilərlər.
Onu da qeyd edək ki, hər iki şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Emil Nuriyev Nizami oğludur.
“My Vvays” şirkəti 2019-cu ildə, “İpos İnnovation” isə 2018-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıblar.