27 iyun 2025-ci il tarixində, saat 19:00-da Avro-Asiya İnşaat Korporasiyası «Evrascon» Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, gündəliyə çıxarılan məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin 2024-cü il üzrə maliyyə təsərrüfat fəaliyyəti haqqında icra orqanının hesabatı;
2. Cəmiyyətin 2024-cü ilin nəticələrinə görə illik hesabatın, mühasibat balansının təsdiq edilməsi;
3. 2024-cü il üzrə dividendlərin hesablanması və ödənilməsi;
4. Cəmiyyətin Direktorlar Şurasının üzvlərinin seçilməsi;
5. Cəmiyyətin Direktorlar Şurasının sədrinin seçilməsi;
6. Cəmiyyətin təftiş komissiyasının üzvlərinin seçilməsi.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. Ünvan: AZ 1006, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 8 (Nərimanov heykəlinin arxası)