Vergi Məcəlləsinin müddəalarına əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən FED.az-a bildirilib ki, hüquqi şəxs tərəfindən balansında olan daşınmaz əmlakın təqdim edilməsi zamanı həmin əmlakın təqdim olunması üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilir. Bu təqdimetmədən əldə olunan gəlirlər mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərə aid edilmir.
Eləcə də bax: Kirayə mənzillərin - KİMLƏRƏ VƏ NECƏ SATILACAĞI MƏLUM OLUB