Evido-nun “Meta Sertifikatlı Şirkət” statusu qazandığını qürurla elan edirik!
Meta sertifikatlaşdırmasının ən yüksək səviyyəsi sayılan bu status, Evido-nun media satın alınması və planlaşdırılması, xüsusilə Facebook reklam həlləri sahəsindəki təcrübəsini təsdiqləyir. Bu sertifikat, həmçinin Evido komandasının kampaniya idarəetməsi və miqyaslaşdırma strategiyaları üzrə qabaqcıl biliklərə sahib olduğunun da sübutudur.
Evido “Meta Sertifikatlı Şirkət” statusu tələblərinə nəinki cavab verir, hətta onları müəyyən mənada üstələyir. Belə ki, şirkətin komanda üzvlərinin 90%-dən çoxu media satın alınması və ya planlaşdırılması üzrə ən azı bir “Blueprint” sertifikatına sahibdir. Məhz bu sertifikatlaşdırma sayəsində Evido-nun cari və gələcək müştəriləri Meta təsdiqli mütəxəssislər tərəfindən göstərilən xidmətlərdən və dəstəkdən faydalana bilər.
Meta Sertifikatlı Şirkət statusu Evido üçün bir sıra üstünlüklər deməkdir:
- Mütəxəssisliyi sübut edir. Meta Sertifikatlı Şirkət kimi tanınmaq Evido komandasının hər bir üzvünün Meta reklam texnologiyaları üzrə mütəxəssis olduğunu təsdiq edir. Bu təcrübə Evido-ya kütlə ön tənzimləmələrini genişləndirmək və güclü miqyaslama strategiyaları hazırlamaq kimi fərqli reklam həlləri təklif etmək imkanı verir.
- Etibarlılıq qazandırır. Meta-nın Evido-nu reklam texnologiyalarını mütəxəssis səviyyəsində bilən şirkət kimi təsdiqləməsi Evido müştəriləri üçün keyfiyyət təminatçısıdır. Artıq Evido-ya ünvanlanan istənilən texniki reklam probleminin əminlik və peşəkarlıqla həll ediləcəyinə şübhə yoxdur.
Bundan əlavə, Evido-nun belə geniş təcrübəyə sahib olması bazarın inkişaf sürətinin də artmasına təkan verir. Belə ki, bu, marketoloqları sertifikat imtahanlarında uğur qazanmaq kimi optimal nəticələr əldə etməyə həvəsləndirir. Eyni zamanda Evido bu istiqamətdə müştərilərinin fəaliyyətləri dəstəkləmək məqsədilə onlara sınaq kuponları da təqdim edir. Həmin kuponlar müştərilərə bacarıqlarını inkişaf etdirmək və peşəkar hədəflərinə çatmaq yönündə kömək edəcək təhsil materialları və məsləhətlərə çıxış qazandırır.
"Meta Sertifikatlı Şirkət statusuna nail olduğumuza görə qürur duyuruq. Bu status müştərilərimizə innovativ rəqəmsal həllər təqdim etmək öhdəliyimizə sadiq qaldığımızı bir daha sübut edərək bizi bazarda etibarlı tərəfdaş kimi önə çıxarır".
Ruso Gigineşvili,
Evido-da Müştəri xidmətləri şöbəsinin rəhbəri
Son olaraq xatırladaq ki, Evido, Azərbaycanda fəaliyyət göstərən marketinq platformasıdır. Şirkətin əsas məqsədi bizneslərin Facebook və Instagram kampaniyalarını inkişaf etdirmək və öz komandalarının təcrübəsini get-gedə artırmaqdır. Onlar Meta-nın geniş marketinq imkanları ilə yerli bazarın tələbləri arasında körpü rolu oynayırlar da deyə bilərik. Xidmətlərinə isə konsaltinq, texniki dəstək və təlim-təhsil daxildir.
Yeniliklərdən xəbərdar qalmaq üçün Evido-nu sosial şəbəkədə izləməyi unutmayın.
Facebook: www.facebook.com/Evido.Azerbaijan
Instagram: www.instagram.com/evido_az
LinkedIn: www.linkedin.com/company/evido-az