Evido noyabrın 5-i Bakıda keçiriləcək unikal MeasureCamp konfransında platin sponsor kimi iştirak edəcək.
FED.az xəbər verir ki, MeasureCamp Rəqəmsal Analitika konfransı olsa da, digər konfranslardan öz unikallığı ilə fərqlənir. Belə ki, bu tədbirdə bütün iştirakçılar istənilən müzakirə və sessiyalarda iştirak etmək, hətta sessiyalara özləri rəhbərlik etmək şansına sahib olacaqlar. Sessiyalar isə iştirakçıların seçiminə uyğun olaraq təqdimatlar, müzakirələr, vörkşoplar, hətta oyunlar formatında keçirilə bilər.
Platin sponsor kimi Evido da iştirakçılarla əlaqə yaratmaq üçün bu fürsətdən istifadə edəcək. Tədbir spikerlərindən olan Evido-nun ölkə üzrə meneceri Fərid Əfəndi, öz çıxışı ilə digər iştirakçıları ən aktual Meta reklam həlləri və trendəri, rəqəmsal reklam dünyasında süni intellektin əhəmiyyəti və Evido xidmətləri barəsində məlumatlandıracaq.
Qeyd edək ki, Evido Meta-nın Azərbaycandakı Səlahiyyətli Satış Tərəfdaşıdır və Meta Satış komandasının genişləndirilməsi kimi fəaliyyət göstərir. Yerli biznesləri eksklüziv kampaniya məsləhətləri, yeni texnologiyaların mənimsənilməsi və bacarıqların artırılması yönündə məlumatlandıraraq problemləri Meta reklam imkanları ilə aradan qaldırmağa kömək edir.
Evido-nun MeasureCamp-da iştirakı ilə bağlı ən son yeniliklərdən xəbərdar olmaq və çıxışlarını izləmək üçün onları sosial media kanallarında izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/Evido.Azerbaijan
Instagram: https://www.instagram.com/evido_az/