Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. FED.az xəbər verir ki, dəyişikliyə əsasən qanuna qida təhlükəsizliyi ilə bağlı əlavələr edilib.
Qanunda deyilir:
1. aşağıdakı məzmunda 2.0.13-1-ci, 2.0.13-2-ci və 2.0.13-3-cü maddələr əlavə edilsin:
“2.0.13-1. qida təhlükəsizliyi sertifikatının verilməsi;
2.0.13-2. heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması;
2.0.13-3. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması;”;
2. 18.66.2-ci maddədə “5” rəqəmi “20” rəqəmləri, 18.66.3-cü və 18.67.1-ci maddələrdə “50” rəqəmləri “100” rəqəmləri, 18.67.2-ci maddədə “3” rəqəmi “10” rəqəmləri və 18.67.3.2-ci maddədə “1” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin;
3. 18.67.3.1-ci maddədə “20 qəpik” sözləri “2 manat” sözləri ilə əvəz edilsin;
4. aşağıdakı məzmunda 18.66-1-ci maddə əlavə edilsin:
“18.66-1. qida təhlükəsizliyi sertifikatının verilməsi – 20 manat;”;
5. aşağıdakı məzmunda 18.67-1-ci maddə əlavə edilsin:
“18.67-1. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına görə:
18.67-1.2. reyestrdən çıxarışın verilməsi - 150 manat;
18.67-1.3. reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi - 50 manat;
18.67-1.4. reyestrdən çıxarışın dublikatının verilməsi - 10 manat.”;
6. aşağıdakı məzmunda 23-1-ci və 23-2-ci maddələr əlavə edilsin:
“Maddə 23-1. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
1 |
2 |
Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə |
5 qəpikdən - 5 manatadək |
Maddə 23-2. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması üçün dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə müvafiq icra hakimiyyəti orqanının (heyvanların, heyvan mənşəli məhsulların və xammalın növləri və xüsusiyyətləri nəzərə alınmaqla) müəyyən etdiyi dövlət rüsumu ödənilir.”.
Dövlət başçısının fərmanı ilə heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişan qoyulması üçün dövlət rüsumunun dərəcələri də təsdiqlənib. Rüsumlar belədir:
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir
Sıra nömrəsi |
Heyvanlar, heyvan mənşəli məhsullar və xammal |
Ölçü vahidi |
Dövlət rüsumunun məbləği (manatla) |
1 |
2 |
3 |
4 |
1. |
Qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) |
1 müayinə |
5,00 |
2. |
Qoyun və donuz əti (1 cəmdək), donuz piyi — (1 partiya) |
1 müayinə |
4,00 |
3. |
Diri quş və quş əti (1 baş və ya 1 cəmdək) |
1 müayinə |
0,05 |
4. |
Hazır ət məhsulları (hər biri 1 partiya) |
1 müayinə |
5,00 |
5. |
İçalat, dil, baş, dırnaq — 1 partiya |
1 müayinə |
3,00 |
6. |
Balıq (diri, dondurulmuş və ya hisə verilmiş) — 1 partiya |
1 müayinə |
3,50 |
7. |
Yumurta (topdansatış — 1 partiya (1000 ədəddən artıq) |
1 müayinə |
2,50 |
8. |
Yumurta (pərakəndə satış — 1 partiya (1000 ədədə qədər) |
1 müayinə |
1,30 |
9. |
Süd və süd məhsulları, mum, vərəmum — hər biri 1 partiya |
1 müayinə |
2,60 |
10. |
Arı balı — 1 partiya |
1 müayinə |
4,50 |
Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.