Hacıqabulda quşçuluğun inkişafı, quş əti və yumurta istehsalını artırmaq məqsədilə yeni quşçuluq təsərrüfatları yaradılır, mövcud komplekslər genişləndirilir.
FED.az xəbər verir ki, Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda rayonun quşçuluq kompleksləri və fərdi təsərrüfatlarında 2 milyon 744 min toyuq-cücə saxlanılır.
Cari ilin 6 ayı ərzində rayonda 533 ton quş əti və 180 milyon 951 min ədəd yumurta istehsal olunub. İstehsal olunan yumurtanın 152 milyon ədədi Hacıqabul Quşçuluq Fabrikinin payına düşür.
Fabrik yumurta istehsalı üzrə ixtisaslaşıb. Quşçuluq fabrikinin direktor müavini Sahib Aslanov bildirib ki, ötən il müəssisədə 300 milyon ədəd yumurta istehsal edilib. Məhsulun 4,6 milyon ədədi xarici ölkələrə ixrac olunub. Cari ildə fabrikdə 303 milyon ədəd yumurta istehsalı nəzərdə tutulub. Yarım ildə müəssisədə 152 milyon ədəd ərzaqlıq yumurta istehsal olunub və məhsulun 31 milyon ədədi İran, İraq, Əfqanıstan və Qətərə ixrac olunub.