Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində istifadə olunacaq sərnişin vaqonları Azərbaycana gələn il çatdırılacaq. FED.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanov BTQ ilə mümkün daşınma tarifləri barədə də danışıb.
“Əgər o vaxta qədər elektrik enerjisinin qiymətində dəyişiklik və digər əlavə xərclər olmasa, tariflər əhalinin büdcəsinə uyğun olacaq".
Onun sözlərinə görə, vaqonlar əvvəlcədən deyildiyi kimi, İsveçrənin “Stadler” şirkətindən alınacaq.