Vergilər Nazirliyinin vergi qanunvericiliyinə etdiyi düzəlişlərin tətbiqinə başlanılıb.
FED.az xəbər verir ki, qanunun qəbulundan sonra energetik içki məhsullarına tətbiq olunan aksiz vergiləri nəzərə alınaraq cari ildən bu məhsulların yeni satış qiymətləri müəyyən olunub.
Aksiz vergisinin tətbiq olunması nəticəsində qiymətlərin 50% qalxacağı gözlənilsə də, 100% qiymət artımı müşahidə olunan məhsullar da var.
Eləcə də bax: İstehsalı azaldıb, ixtisar edəcəyik – YÜKSƏK VERGİNİN İLK ZƏRBƏSİ
FED.az 2019-cu ildən energetik içkilərin qiymət siyahısını sizə təqdim edir:
Bizon 0.25l: cari qiyməti 80 manat, yeni qiyməti 1.50 manat;
Bizon 0,5l: cari qiyməti 1,20 manat, yeni qiyməti 2,70 manat;
Hell 0,25l: cari qiyməti 1 manat, yeni qiyməti 2 manat;
Yaguar 0,5l: cari qiyməti 1,20 manat, yeni qiyməti 2,70 manat;
Yaguar 8% 0,5l: cari qiyməti 2,30 manat, yeni qiyməti 3,10 manat;
Go gold və silver 8% 0,5l: cari qiyməti 2,20 manat, yeni qiyməti 3 manat;
Redbull: cari qiymət 1l üçün 90 qəpiklik artım müşahidə olunacaq.
Məlumat üçün bildirək ki, ölkədə ən çox istehlak olunan enerji içkilərindən biri “Redbull”un satışı yeni qiymətlərdən sonra əksər mağazalarda dayandırılıb. Mağaza işçilərinin sözlərinə görə, “Redbull”la yanaşı, digər enerki içkilərinin də qiymətində dəyişiklik olduğuna görə hələ ki, satış məhdudlaşdırılıb.
Xatırladaq ki, nazirlik aksizli malların siyahısı və onların vergi dərəcələrini nəzərdə tutan 190-cu maddəyə düzəlişlər təklif etmişdi.
Təklifə əsasən idxal olunan alkoqollu enerji içkilərinin hər litri üçün 2 manat, alkoqolsuz enerji içkiləri üçün 3 manat, hər siqar üçün 1 manat, elektron siqaret üçün qarışığın hər litri üçün 20 manat həcmində aksiz vergisinin tətbiqi nəzərdə tutulur.