“Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin parlamentin işlər planına salınmasını təklif edirəm”.
FED.az xəbər verir ki, bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında millət vəkili Musa Quliyev bildirib.
Eləcə də bax: Bakıda şirkət rəhbərliyinə qarşı 41 min manatlıq - DƏLƏDUZLUQ
Musa Quliyev deyib ki, energetik içkilərin reklamı qadağan olunmalıdır: “Energetik içkilərin gənclərin sağlamlığına zərərli təsiri məlumdur. Amma telekanalların hamısında bu içkilər reklam olunur. Ona görə də “Reklam haqqında” qanunda energetik içkilərin reklamının qadağan edilməsi vacibdir” .
M. Quliyev “Reproduktiv sağlamlıq haqqında” qanunun bu sessiyada qəbulunun da vacib olduğunu, növbəti sessiyaya qalmayacağına ümid etdiyini söyləyib.
Apa