Marketinq və Maliyyə arasındaki boşluğu doldurmaq üçün qurulan marka konsultinq şirkəti “Brand Finance”, 2018-ci ilin ən dəyərli firmalarının adlarını açıqladı.
FED.az olaraq həmin şirkətləri sizə təqdim edirik:
10. İCBC
“Çin Sənaye və Ticarət Bank”ı. 2008-ci ildən bugünə qlobal marka dəyəri 0.03%-dən 0.15%-ə qədər yüksəlib. 2017-ci ildən 10-cu sıradaki yerini qoruyur.
Marka dəyəri: 59.2 milyard dollar
Keçən ildən bugünə faizlə dəyişimi: +24%
Keçən ilki sıralaması: 10
9. WALMART
“Amazon” şirkəti ilə rəqabət etmək üçün onlayn alış-verişə fokuslanan “Wallmart”, keçən illə müqayisədə dəyər itirib. Bunun üçün mağazanın içinə “Gəl-Al” qüllələri inşa etdirən şirkət strukturuna “Parcel” (çatdırılma şirkəti) kimi yeni şirkətləri daxil edir və “Uber”dən dəstək alır. Bunların yanında çatdırılma xidməti üçün yeni texnologiyalar üzərində də çalışmağa davam edir.
Marka dəyəri: 61.5 milyard dollar
Keçən ildən bugünə faizlə dəyişimi: -1%
Keçən ilki sıralaması: 8
8. Verizon
Keçən ildən bugünə yüzdə 5 nisbətində dəyər itirən Verizon, son olaraq, sahib olduğu AOL və Yahoo şirkətlərini birləşdirərək ortaya qoyacağı Oath adlı kompaniyası ilə gündəmə gəlmişdi.
Marka dəyəri: 62.8 milyard dollar
Keçən ildən bugünə faizlə dəyişimi: -5%
Keçən ilki sıralaması: 7
7. Microsoft
İlə güclü bir başlanğıc edən Microsoft, bulud xidmətlərini genişləndirməklə bərabər, “Windows 10”un aylıq aktiv 600 milyonu aşan cihaz tərəfindən istifadəsini təmin etdi. Yenə də şirkət, marka dəyəri baxımından rəqibləri “Apple” və “Google”a çata bilmir. Üstəlik, bulud xidmətləri mövzusunda da “Amazon”dan sonra ikinci sırada yer alır.
Marka dəyəri: 81.2 milyard dollar
Keçən ildən bugünə faizlə dəyişimi: +6%
Keçən ilki sıralaması: 5
6. AT&T
Eynilə Verizon kimi “AT&T”-nin də 2017-ci ildəki marka dəyəri 5% geriləmiş vəziyyətdədir. Bu il telekommunikasiya qismində istifadəçilərin bir hissəsini daha kiçik ölçülü firmalara “qapdıran” şirkət, əvvəlki illərdə strukturunda CNN, TNT, HBO, WARNER Bros. kimi bir çox kanal və web saytlarının olduğu “Time Warner”i alaraq media sektorunda fəaliyyət göstərməyə başlamışdı.
Marka dəyəri: 82.4 milyard dollar
Keçən ildən bugünə faizlə dəyişimi: -5%
Keçən ilki sıralaması: 4
5. Facebook
Facebook, yaşadığı bütün uğursuzluqlara rəğmən marka dəyərini yüksəltməyə davam edir. Keçən illə müqayisədə 45% nisbətində dəyərlənən şirkət, 2017-ci ilin hesabatında yer aldığı 9-cu sıradan 5-ci sıraya yüksəlib.
Marka dəyəri: 89.7 milyard dollar
Keçən ildən bugünə faizlə dəyişimi: +45%
Keçən ilki sıralaması: 9
4. Samsung
Hesabata görə “Samsung”un marka dəyəri hər il artmağa davam edir. Keçən il 6-cı sırada yer alan şirkət, bu il 4-cü sıraya yüksələrək texnologiya dünyasının güclü adlarından biri olaraq qarşımıza çıxır. Şirkət, elektronik cihaz istehsalını yanında süni zəka və kriptovalyuta sahələrində yenilik edir.
Marka dəyəri: 92.3 milyard dollar
Keçən ildən bugünə faizlə dəyişimi: +39%
Keçən ilki sıralaması: 6
3. Google
Keçən il eyni hesabatda ilk sırada olan “Google”, builki hesabatda 3-cü sırada yer alır. Hesabata görə, “Google”un zirvədəki yerini qoruya bilməməsinin səbəbi, internet axtarışları və bulud texnologiyalarında lider olmasını rəğmən, digər texnologiyalara lazımi qədər fokuslanmamasıdır.
Marka dəyəri: 120.9 milyard dollar
Keçən ildən bugünə faizlə dəyişimi: +10%
Keçən ilki sıralaması: 1
2. Apple
Hesabata görə, 2017-ci ildə 27% dəyər itirməsinə rəğmən, mövzu marka dəyəri olduğunda 2-ci sıradaki yerini heç kəsə vermir. Şirkət gəlirlərinin üçdə iksini istehsal etdiyi “iPhone”lar üzərindən qazanır. Dolayısı ilə, 2-ci sırada qalması üçün “iPhone” satışlarının uğursuz olmaması lazımdır.
Marka dəyəri: 146.3 milyard dollar
Keçən ildən bugünə faizlə dəyişimi: +37%
Keçən ilki sıralaması: 2
1. Amazon
Keçən illə müqayisədə dəyərini 47% artıran “Amazon”, şirkətin toplam bazar dəyəri və gəlirləri baxımından ən böyük internet şirkətidir. Onlayn pərakəndəçi olmaqla yanaşı, bulud infrastrukturu və elektronika məhsulları təklif edən şirkət, musiqi və video sahəsində də yayılmaq üçün addımlar atır. Keçən il “Whole Foods”u satın alan internet “nəhəngi”, rəqəmsaldan fiziki mağazalarının sayını artırmaq yolunda uzanan bir “yola çıxır”.
Marka dəyəri: 150.8 milyard dollar
Keçən ildən bugünə faizlə dəyişimi: +42%
Keçən ilki sıralaması: 3