Bu gün market şəbəkələrinin əksəriyyəti müştərilərə fərqli şərtlərlə bonus kartları təqdim edirlər. FED.az xəbər verir ki, müştəri loyallığının artırılmasına hesablanmış bu kartlar müştərilərə əlavə üstünlüklər gətirir. Məsələn, bəzi marketlərdə endirimlərdən yalnız bonus kart sahibləri istifadə edə bilir və sair.
FED.az Azərbaycandakı əsas market şəbəkələrinin bonus kartları üzrə şərtləri və təqdim etdiyi üstünlükləri araşdırıb.
“Araz Supermarket” – Bu şəbəkənin kartı ilə hər 10 manatlıq alış –verişə görə 1 bonus yüklənir. 1 bonus isə 0.20 qəpikdir. Yəni “Araz Supermarket”dəki alış-verişdən 2% bonus hesablanır. Lakin müştəri 3 ayda alış – veriş etməsə, kartlar deaktiv edilir həmin bonuslar kartdan silinir və növbəti bonus kartı ilə əvəzlənir.
“OBA” – Şəbəkənin ən vacib detalı bonus kartlarının ənənəvi formada deyil, onlayn mobil tətbiq vasitəsilə istifadı olunmasıdır. Belə ki, telefonumuzun “Play Store” bölməsindən şəbəkənin adını yazmaqla, bonus kartını yükləyə bilərsiniz. Bununla hər 10 manatlıq alış – verişdə 0.10 manat, yəni 1 %gəlir əldə edəcəksiniz.
“Bravo” – Bu şəbəkədə hər 10 manata 10 qəpik bonus hesablanır. Tariflə desək, bu, alış – veriş üçün 1 faiz kəşbek qazandırmaqdır. Qeyd edək ki, istifadə olunan “Umico” kartları “Bolmart” mağazalar şəbəkəsi üçün də keçərlidir.
“BazarStore” – Bu şəbəkədə bonus kartının spesifikası bonus qazanmaq üçün alış – verişin minimum 20 manat və ya daha artıq olmasıdır. Hər 20 manatlıq alış-verişə 20 qəpik hesablanır. Əgər alıcı 20 manatdan aşağı alış edibsə, bonus kartının balansına kəşbek qayıtmayacaq. Yeri gəlmişkən, “BazarStore”də rəflərdəki endirimli qiymətlərdən yalnız “Super Kart”ı olanlar istifadə edə bilərlər. Həmin kartı olmayanlar isə məhsulu endirimsiz qiymətə əldə edirlər, buna görə də rəflərdə endirimli qiymət görəndə diqqətli olmaq və kassada çeki yoxlamaq lazımdır.
“Rahat” – Bu şəbəkə də bonus kartlarını “OBA” kimi onlayn qaydada təqdim edir. Bu səbəbdən rəqəmsal kartın yararlılıq müddəti üçün deadline dövrü yoxdur, balansdakı bonuslar alış – veriş edilmədiyi halda belə sıfırlanmır.
Bu hissəni dəqiqləşdirək - “Rahat Market” – Burada 1 manatlıq alış-verişə 1 qəpik bonus hesablanır. Burada maraqlı məqam ondan ibarətdir ki, əgər kart sahibi «Rahat Market»in Port Baku filialında ticarət etsə, bonuslar 2 qat hesablanacaq. Müştərinin kartındakı bonus sayı 300-ə çatarsa, ona “Bolkart” verilir, bu kartla bütün filiallarda alış-veriş edəndə bonus 2 qat hesablanır. Marketdə olan endirimlərdən həm kartı olanlar, həm də olmayanlar istifadə edə bilər. Əgər kart vastəsi ilə 6 ay ərzində bazarlıq edilməzsə kart deaktiv olunur. Mağazaya yaxınlaşıb aktivləşdirmək olar, amma bonuslar silinmiş olur.
“Neptun Supermarket”– Burada hər 10 manata 10 qəpik bonus hesablanır. Amma əgər müştəri 1 ayda heç bir alış-veriş etmirsə , bonuslar sıfırlanacaq . Bununla yanaşı, “Neptun Supermarket”in qaydalarına görə, hər həftənin cümə günü 50 manatdan artıq alış-verişdə 10% bonus hesablanır . Yəni adi günlər 50 manatlıq ticarətə görə 50 qəpik bonus hesablandığı halda , 5-ci günlər bu məbləğ 5 manata qalxır . 40 gün ərzində Neptundan 300 manat və üzəri alış-veriş edən kartlı müştəriyə yeni Klassik kart təqdim edilir. Marketin təklif etdiyi yeni klassik bonus kartı ilə 25,5 manat alış-verişdə 5,1 bonus qazanacaqsınız. 5,1 bonus isə 0,51 qəpikdir . Hər həftənin cümə günü 50 man alış-verişdə 50 bonus qaznacaqsınız.60 gün ərzində bonus kartlarla alış-veriş edilməzsə bonuslar sıfırlanacaqdır. Marketdə olan endirimlər isə ancaq kartı olanlar aiddir. .
“Bolmart” – Bu marketlərdə 10 manatlıq alış-verişə 1 bonus, yəni 10 qəpik hesablanır. Burada bonusları pula çevirmək olmur.. Kartın istifadə müddəti yoxdur, yəni kart 1 il belə istifadə olunmasa belə deaktiv olunmur.
“Ballı” – Bu şəbəkədə alış-verişdən 1.5% bonus hesablanır.Yəni hər 10 manatlıq alış-verişdən 15 qəpik bonus qazanırsınız . Kartın istifadə müddəti yoxdur . Yəni kartdan istifadə olunmasa belə deaktiv olmur.
“Grandmart” – Grandmart marketlərində 10 manatlıq alış–veriş etdiyiniz zaman 0,10 manat, yəni 1% gəlir əldə edəcəksiniz.Kartın istifadə müddəti yoxdur və bonuslar silinmir .
“Megastore” - Bu şəbəkədə alış-verişdən 1% bonus hesablanır.Yəni hər 10 manatlıq alış-verişdən 10 qəpik bonus qazanırsınız. Bu marketlərdə həmçinin bonus kartı müddətsizdir və kartla alış-veriş olunmasa belə bonuslarınız silinmir .