İsveçərinin bankı “UBS”in hazırladığı yeni hesabata istinadən xəbər veririk ki, milyarderlərin çoxunun vətəni ABŞ-dır. Lakin, Çin və Hindistan tezliklə ABŞ-a çatacaq.
2016-cı ildə ortaya çıxan milyarderlərin dörddə üçü Çin və Hindistandandır. Ölkələr milyarderlərin ümumi sayına müvafiq olaraq 67 və 16 milyarder əlavə edib.
Əgər hazırkı trend davam edərsə, Asiyalı milyarderlərin sayı dörd ilə ABŞ milyarderlərinin sayını ötəcək.
Lakin, hazırda ABŞ dünyanın milyarder sərvətinin ən böyük təmərküzləşməsidir. 563 Amerikalı milyarderin ümumi sərvəti 2.8 trilyon dollar (ötən il 2.4 trilyon dollar idi).
Yazının davamını oxuyaraq ən çox milyarderlərə sahib 14 ölkəni tanıya və hər bir ölkədə neçə milyarderin yaşadığını biləcəksiniz.
14. Sinqapur: 21 milyarder
Fotoda: Wee Cho Yaw “United Overseas Bank”ın ən böyük səhmdarıdır və 8 milyard dollar sərvəti var.
13. İspaniya: 25 milyarder
Fotoda: Amansio Orteqa “İnditex” moda qrupunun təsisçisidir və sərvəti 77,8 milyarddır.
12. Türkiyə: 29 milyarder
Fotoda: Fərid F. Səhəng “Doğuş Holding”in sədridir və 2.2 milyard dollar sərvəti var.
11. Yaponiya: 33 milyarder
Fotoda: Tadashi Yanai Asiyanın ən böyük geyin pərəkandə satış şəbəkəsi “Fast Retailing”in sədri və ən böyük səhmdarıdır və 17 milyard dollar sərvəti var.
10. İsveçər: 35 milyarder
Fotoda: Ernesto Bertarelli dərman istehsalçısı “Serono”nu varisidir və 15.7 milyard dollar sərvəti var.
9. Fransa: 39 milyarder
Fotoda: Dünyanın ən böyük lüks geyim istehsalçısı “Louis Vuitton”nun sədri Bernard Arnaultun sərvəti 56.2 milyard dollardır.
8. İtaliya: 42 milyarder
Fotoda: Giovanni Ferrero şirniyyat şirkəti “Ferroro” Qrupuna nəzarət edir və 23.3 milyard dollar sərvəti var.
7. Böyük Britaniya: 55 milyarder
Fotoda: Jim Ratcliffe kimyəvi məhsullar istehsalçısı “İneos”un təsisçisi və əsas səhmdarıdır. Onun sərvəti 9.8 milyard dollardır.
6. Honk Konq: 69 milyarder
Fotoda: Li Ka-Shing infrastruktur konqlomeratı “CK Hutchison” Hondinqinə nəzarət edir və sərvəti 34 milyard dollardır.
5. Rusiya: 96 milyarder
Fotoda: Aleksey Mordaşov polad istehsalçısı “Severstal”ın əsas səhmdarı və sədridir. Onun sərvəti 19.1 milyard dollardır.
4. Hindistan: 100 milyarder
Fotoda: Mukeş Ambani “Reliance Industries Limited”in sədri, direktoru və ən böyük səhmdarıdır. Onun sərvəti 40 milyard dollardır.
3. Almaniya: 117 milyarder
Fotoda: Susanne Klatten avtomobil istehsalçısı BMW-nin varisidir və sərvəti 22.7 milyard dollardır.
2. Çin: 318 milyarder
Fotoda: Wang Jianlin “Dalian Wanda” Qrupunun təsisçisi və sədridir. Onun sərvətinin 28.2 milyard dollar olduğu bildirilir.
1. ABŞ: 563 milyarder
Fotoda: Uorren Baffet əfsanəvi investor və “Berkshire Hathaway”in sədridir. Onun sərvəti 81.6 milyard dolları var.
Moneta.az©