Dünyada təxminən 36 milyon milyoner var.
Bu o deməkdir ki, əgər siz təsadüfən dünya əhalisindən bir kimsə ilə rastlaşsanız, rastlaşdığınız adamın milyoner olmaq şansı 200 nəfərdə 1-dir.
Lakin, milyarderləri belə asanlıqla görə bilmərsiniz. Forbes-ə istinadən, hazırda 2000 milyarder var və bu rəqəm də dünya əhalisinin 0.00003%-i deməkdir.
Milyarderlər harada yaşayırlar və hansı ölkələrdə daha çox milyarder var?
Ən çox milyarderi olan 10 ölkəni təqdim edirik:
Sıralama | Ölkə | Milyarderlər |
---|---|---|
1 | ABŞ | 565 |
2 | Çin | 319 |
3 | Almaniya | 114 |
4 | Hindistan | 101 |
5 | Rusiya | 96 |
6 | Honk Konq | 67 |
7 | Böyük Britaniya | 54 |
8 | Brazilya | 43 |
9 | İtaliya | 42 |
10 | Kanada |
39
|
ABŞ 565 milyarderlə birinci pillədə yer alır.
İkinci pillədə milyarderlərin sayı durmadan artan Çindir. Bu ölkədə 319 milyarder yaşayır.
Milyarder Sıxlığı
ABŞ milyarderlərin sayına görə ilk pillədə olsa da, ölkə milyarderlərin sıxlığına görə 6-cı pillədədir.
ABŞ-da 571 858 insana 1 milyarder düşür, lakin ABŞ milyarder sıxlığı göstəricisinə görə, Honk Konq (110 000), İsveçrə (233 000), Sinqapur (267 000), İsveç (319 000) və İsrail (475 000) kimi ölkələrdən geridə qalır.
Sıralama | Ölkə | Bir milyarderə düşən insanların sayı |
---|---|---|
1 | Honq Konq | 109657 |
2 | İsveçrə | 232556 |
3 | Sinqapur | 267000 |
4 | İsveç | 319452 |
5 | İsrail | 474833 |
6 | ABŞ | 571858 |
7 | Almaniya | 725175 |
8 | Avstraliya | 731212 |
9 | Tayvan | 759677 |
10 | Kanada |
930513
|
Təxminən 7 milyon əhalisi olan Honk Konq şəhərində 67 milyarder yaşayır.
Müqayisə üçün qeyd edək, Çində də Honk Konq kimi milyarderlərin sıxlıq səviyyəsi eyni olsaydı, o zaman Çində 12 575 milyarder olardı və bu da dünya milyarderlərinin sayından 6 dəfə çoxdur!
Milyarderlərin sıxlıq səviyyəsinin aşağı olduğu ölkələr
Təxminən 2000 milyarder dünyanın müxtəlif ölkələrində yaşayırlar və hesablamalara görə, dünyanın 100-dən çox ölkəsində bir nəfər də olsun milyarder yoxdur. Məsələn, Haiti, Litva, Efiopiya, Belarus və Andorra kimi ölkələrdə milyonerlər olsa da, milyarder yoxdur.
Milyarderlər siyahısında qeyd edilən ölkələrdən Hindistan və İndoneziya milyarderlərin sıxlığına görə çox geridə qalır. Əgər siz ölkənin küçələri ilə gəzsəniz, milyarderlə qarşılaşmaq ehtimalınız 13 milyon nəfərdə 1-dir.
moneta.az