“İxrac icmalı”nın yanvar sayı açıqlanıb.
FED.az jurnalın həmin buraxılışına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-dekabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:
Şirinov Elvin Valeh oğlu ötən il 128,2 milyon dollarlıq məhsul ixrac edib.
“MKT İstehsalat Kommersiya” MMC-nin gəlirləri isə əvvəlki ilə nisbətən azalaraq 88,8 milyon dollara düşüb.
“Baku Steel Company” QSC-nin gəlirləri isə artaraq 63 milyon dollar təşkil edib.
Qızıl istehsalçısı olan “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ötən il 59,2 milyon dollarlıq ixracla başa vurub.
Bundan başqa “Best Logistik” MMC, “My Fruit” MMC, “STP Global Cable” MMC, “P-Aqro” MMC, Muradova Sahibə Səlimət qızı, “Mors Trading” MMC də yer alıb.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar:
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti.