2018-ci ilin yanvar-avqust ayları üzrə ixrac olunan əsas qeyri-neft məhsullarının siyahısı açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən FED.az-a verilən məlumata görə , ümuumilikdə 2018-ci ilin yanvar-avqust ayları ərzində ən çox ixrac olunan 9 məhsul olub və bunlarda ötən ilə nisbətən artım olub, digər məhsulların ixracında isə azalma olub.
Ən çox ixrac olunan məhsul pomidor olub. Pomidorun ixracı ötən ilə nisbətən 11,29% artaraq 144.4 milyon dollar olub.
2-ci yerdə qızıl durur. Qızıl 2018-ci ilin yanvar-avqust aylarında ötən ilə nəzərən 16,79% və ya 13,6 mln dollar artaraq 81 mln dollara çatıb.
3-cü yerdə ən çox ixrac ilkin formalı polietilen olub. Belə ki, polietilenin ixracı 10,52% arataraq 63 mln dollar təşkil edib.
4-cü ən çox ixrac olunan məhsul elektrik enerjisi isə ötən ilə nisbətən 64,64% arataraq 59,6 mln dollar olub.
5-ci yerdə 2018-ci ilin yanvar-avqust ayları boyunca 2,2 dəfə artaraq 57,1 mln dollara çatan pambıq lifi olub.
6-cı yerdə emal olunmaməş aşqarlanmamış alüminium olub ki, bu məhsul da ötən illə müqayisə də 2,05 dəfə artaraq 41,6 mln dollar olub.Belə ki, bu il ixracda ən çox artım pambıq lifi və emal olunmaməş aşqarlanmamış alüminium olub.
7-ci yerdə fındıq məhsulu olub ki, bu məhsul bu il 4,66% artaraq 40,4 mln dollar olub.
8-ci yerdə albalı və gilas məhsulu durur. Bu məhsul ötən ilin müvafiq dövrünə nəzərən 63,79% artaraq 38 mln dollar olub.
9-cu yerdə kartof məhsulu olub ki, bu məhsulun ixracı 29,6 mln dollar təşkil edib. Bu da ötən ilə nisbətən 14,72% artıb.
Digər məhsulların ixracında isə azalma müşahidə olunub. Digər məhsulların ixraı 0,36% azalaraq 539 mln dollara enib.
Ən çox ixrac olunan məhsullar
11:18
2 Okt 2018