Böyük Britaniyanın konsaltinq şirkəti olan “Brand Finance” tərəfindən dünyanın 50 ən bahalı geyim brendi reytinqi təqdim edilib.
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dünyanın ən bahalı və nüfuzlu markası adına, əlbəttə, bu reytinqdə birinci pilləsində qərarlaşan idman geyim malları istehsalçısı “Nike” mütləq lider olub.
Markanın dəyəri isə 28 milyard dollar dəyərində qiymətləndirilir ki, bu da ötən illə müqayisədə 12% az nəticə deməkdir. Zərər isə markanın populyarlığının yeniyetmələr arasında azalması ilə bağlıdır. Ancaq buna baxmayaraq kompaniya ötən ilki liderliyini qoruyub saxlamağı bacarıb.
Reytinqin ikinci pilləsində 19 milyard dollar marka dəyəri ilə H&M geyim mağazası, üçüncü yerdə isə reytinqin birinci pilləsində olan “Nike” ilə arasındakı boşluğu yavaş-yavaş azaltmaqda olan ZARA qərarlaşıb.
Amerikan idman malları istehsalçısı olan “Adidas” isə 14 milyard dollar marka dəyəri ilə 4-cü olub. “Hermès”, “Louis Vuitton”, “Cartier” və “Gucci” müvafiq olaraq beşinci, altıncı, yeddinci, səkkizinci yerlərdə qərarlaşıb.
Eləcə də bax: “Stoliçnaya” Sarayda istehsal edilirmiş
Analtiklər isə deyir ki, “Hermes” müştərilərə diqqətli rəftarı və bazardakı düzgün mövqeləndirilməsinə görə TOP10-ğa düşə bilib. Doqquzuncu yerdə isə “Uniqlo” firması qərarlaşıb. Ətrafında qalmaqalların yaranmasına baxmayaraq H&M geyim istehsalçısının marka dəyəri nə qədər qəribə olsa da, cəmi 1% azalıb.
“İdman geyim malları istehsalçı şirkətləri arasında güclü rəqabət hiss olunur. Düşünürəm ki, gələcəkdə “Nike”ın marka dəyəri pis təşkil edilmiş marketinq strategiyası nəticəsində aşağı düşəcək. Amma ZARA-nın qiymət və keyfiyyət barəsində yeni startegiyası onun bazardakı mövqeyini gücləndirə bilər”, - deyə “Brand Finance”nin direktoru Riçard Heyq deyib.