Azərbaycanda əmlak alqı-satqısı "bir pəncərə" prinsipi əsasında həyata keçirilir.
FED.az "Xezerxeber.az"-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin rəis müavini Mehman Soltanov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, lazım olan bütün sənədlər isə onlayn qaydada digər qurumlardan alınır. Bu da vətəndaşı əlavə sənəd toplamaqdan və vaxt itkisindən azad edir.
Bundan başqa, dünyada ilk dəfə olaraq Azərbaycanda hava limanında notarius köşkü də fəaliyyətə başlayıb ki, xüsusilə övladın başqası ilə xaricə göndərilməsi zamanı lazım olan sənəd elə yerində vətəndaşa təqdim edilir.
Notariusların elektronlaşdırılması çərçivəsində notariat kontorlarına xüsusi çamadanlar da verilib ki, ehtiyacı olan vətəndaşlara bütün notarius xidməti elə yaşadığı evdə göstərilir.
Mehman Soltanov onu da bildirib ki, hazırda ölkədə 156 notarius fəaliyyət göstərir və yeni ''ASAN xidmət'' mərkəzlərinin istifadəyə verilməsi ilə bu rəqəmin daha da artırılması planlaşdırılır.