Azərbaycanın Xalq artisti, “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov Bakının Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” layihəsinə qoyduğu investisiyanın məbləğini açıqlayıb.
Eləcə də bax: Emin Ağalarov: “Crocus Group” daimi müştərilərinin təxminən 30%-ni itirib
FED.az xəbər verir ki, o bu barədə “Rossiya-1” telekanalında yayımlanan “Vesti nedeli” proqramında danışıb.
“Bugünkü gün layihəyə qoyulan ümumi investisiya təxminən 400 milyon dollar (680 milyon manat-red.) təşkil edib. Təxminən 300-400 min kvadrat metr müxtəlif daşınmaz əmlak inşa edilib”, - Ağalarov deyib. (Qafqazinfo)