Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon manata yaxın məbləğdə dələduzluq etməkdə təqsirləndirilən İlham Xıdırovun məhkəməsi keçirilib.
FED.az-ın poralının "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə baxış iclası baş tutub. Prokuror çıxış edərək ittiham aktını elan edib, təqsirləndirilən İ. Xıdırov isə özünü təqsirli bilmədiyini deyib. Digər təqsirləndirilən Nazim Mustafayev barəsində həbs qərarı verilməyib, o hazırda azadlıqdadır.
Eləcə də bax: Bakıda iranlı şərikini girov saxlayan klub sahibi həbs edilib
İttihama görə, İ. Xıdırov dələduzluq əməllərini N. Mustafayev vasitəsilə törədib. Onlar İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəyini vəd edib, lakin həmin şəxsləri aldadıb. İttiham olunan şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.
Zərərçəkmişlərdən biri Elxan Muradlı biznes qurmaq üçün 610 min manat pulu İ.Xıdırova verib və ala bilməyib. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan 50 min dollar‚ onun xalasından da eyni məbləğdə pul alıb.
Eləcə də bax: Banklar kredit verəndə kimləri zamin qəbul edirlər? – SİYAHI
Elxan Xıdırov məhkəmədə ifadə verərək deyib ki‚ 2004-cü ildən fərdi sahibkarlıqla məşğuldur: “Bir neçə obyektim var‚ arendaya vermişəm. Həm də xaricdən telefon gətirib dükanımda satıram. 2015-ci ildə bir obyekt də alıb arendaya vermək istəyirdim. Ora baxmağa gedəndə əmimi də ağsaqqal kimi özümlə apardım. Obyektə baxıb qayıdandan sonra əmim dedi ki‚ burdan aylıq nə qədər pul götürəcəksən‚ təxminən alıq 1200 manat alacağımı dedim.
Əmim dedi ki‚ obyektə verəcəyin pulu mənə ver‚ sənə ayda təxminən 10 min manat qazanc verim. Mən əmim olduğuna görə etibar edirdim‚ həm də şirnikləndim. Əmim dedi ki‚ xaricdən kompressor gətirib satacaq‚ birindən 12-14 min manat qazanc qalacaq. İlk olaraq məndən 20 min dollar istədi‚ verdim.
Eləcə də bax: Kreditə görə başqa biznesmenlər də həbs edilib - ƏTRAFLI
Təxminən bir ay sonra gəlib dedi avadanlıqlar gömrükdədi‚ ora ödəyib malları götürmək üçün 30 min dollar da lazımdı. Onu da verdim‚ sonra eşitdim ki‚ əmim Qazaxıstana qaçıb. Oğlu Samirlə neçə dəfə danışdım‚ özüylə də votsapda yazışdım. Gah deyirdi orda dəmir yolu relsi satır‚ gah deyirdi soğan işinə girişib. Hər dəfə də məni aldadırdı.
Əmim burda bir neçə nəfərdən pul alıb Qazaxıstana 400 min manatla getmişdi. Mən ondan pulumu qaytarmağını tələb edəndə onların ailəsi mənə şər atmağa başladılar. Nənəmi öyrətmişdilər‚ o da polisə zəng edib mənim onu söyüb döydüyümü demişdi. Abşeron polisində iş araşdırıldı‚ mən də ifadə verdim‚ işə xitam verildi.
İlham Xıdırov mənim xalamdan da iş qurmaq adı ilə pul alıb. Bu məsələdə onun oğlu Samir də prosesin içindədir. Samir dəfələrlə gedib xalamgilin evindən pulu götürərək atasına verib. Əmim burda olanda Rusiyadan bir neçə kompressor gətirtmişdi. O qaçandan sonra ziyanın bir hissəsi ödənsin deyə onları satmaq istədim. Məlum oldu ki‚ bu avadanlıq istismar müddətini başa vurduğu üçün indi onları işlətmək xeyir yox‚ ziyan verir. Bu kompressorlar neft sənayesində istifadə olunur‚ təzyiqlə nefti quyudan çölə vurur. Onlar yararsız halda olduğu üçün sata da bilmədik.
Mən pulumun ödənməsi üçün mülki iddiaçı kimi tanınmağa görə istintaqa müraciət etdim. Buna görə də onun Saray qəsəbəsində yerləşən evinə həbs qoyuldu. İndi həmin evdə ailəsi yaşayır. Əmim mənlə görüşəndə “Mercedes GL” ‚ “Honda Pilot” və “Nissan Juke” sürürdü. Amma istintaqda onun adına maşın olmadığı bəlli oldu”.
Proses sentyabrın 11-də davam etdiriləcək.