2018-ci il noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Caspian European Club” təşkilatı birgə biznes-forum keçirəcək. FED.az xəbər verir ki, tədbirin təşkilində məqsəd elm və biznes arasında dialoqun genişləndirilməsidir.
Biznes-foruma AMEA-nın prezidenti, akademik Akif Əlizadə sədrlik edəcək. Akademik forum iştirakçılarını maraqlandıran bütün sualları cavablandıracaq, AMEA-nın fəaliyyəti və “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin nailiyyətləri haqqında geniş məlumat verəcək.
Tədbirdə “Caspian European Club” təşkilatının saytında qeydiyyatdan keçmiş beynəlxalq təşkilatların, diplomatik korpusun, dövlət və özəl şirkətlərin rəhbərləri və nümayəndələri iştirak edəcəklər.
Qeydiyyatdan keçmək üçün link: http://caspianenergy.org/index.php/az/registration/item/349-business-forum-01-11-2018
Elmlər Akademiyası sahibkarları toplayır - BİZNES-FORUM
15:07
22 Okt 2018