Azərbaycan Milli Elmlər Akademiyasına məxsus “Elm və Texnologiya Parkı” MMC (VÖEN: 2003950711) ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 30, mənzil 109 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Elm və Texnologiya Parkı” 07.09.2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı isə 50 manatdır.
Qanuni təmsilçisi Zahir Nəsibov Xanoğlan oğludur.