8, 9 və 11 sentyabr 2020-cı il tarixlərində Bakı şəhərində mikro və kiçik sahibkarlar üçün “Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda treyninq keçirilmişdir.
FED.az xəbər verir ki, Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) “Sahibkarlar arasında Könüllü və İntizamlı Vergi Ödəyicisi olmağın təbliği” layihəsi çərçivəsində reallaşdırılmışdır.
Tədbiri giriş sözü ilə Dövlət Vergi Xidmətinin müfəttişi Elxan Hüseynli açmışdır. O, çıxışında sahibkarlığın inkişafında Vergi inzibatçılığının və xidmətinin rolundan bəhs etmişdir.
Daha sonra Söz İRÖİB-in sədri, layihənin rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevə verildi. O, COVİD 19 üzrə sahibkarın məsuliyyəti, Könüllü Vergi ödəmə, Dövlət Vergi Xidmətinin təqdim etdiyi Elektron xidmətlər, uçota alınmanın və uçot məlumatlarının dəyişdirilməsinin qanunvericilik əsasları, yayınmalar və biznesin vergi riskləri, Vergi Məcəlləsində nəzərdə tutulan Vergi Güzəştləri mövzularında danışaraq fərdi sahibkarlara elektron kabinetlərində şəxsi məlumatlarının dəyişdirilmısi üzrə praktiki nümunələr göstərmişdir.
Sonra İqtisadi Resurların Öyrənilməsi ictimai birliyinin icraçı direktoru Qafqaz Qəhrəmanlı isə elektron məlumat bazasında sahibkarlıq subyektlərinə mənsub məlumatların yeniləşdirilməsi və dolğunluğunun təmin olunması; elektron kabinet və kargüzarlıqdan istifadə, məktubların nəzərdən keçirilməsi qaydaları mövzularında çıxış edərək sahibkarların elektron kabinetlərində uçot məlumatlarının dəyişdirilməsini praktiki yöndən izah edərək iştirakçılarla birlikdə nümunələr üzərində işləmişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilmişdir.