1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinin 156 maddəsində dəyişikliklər edilməsi məqsədilə hazırlanmış yeni qanun layihəsini “Vergi uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov mövzular üzrə şərh edir.
FED.az xəbər verir ki, Vergi Məcəlləsinə təklif edilən ciddi dəyişikliklədən biri də POS-Terminalladan istifadə qaydalarının sərtləşdirilməsidir.
Eləcə də bax: Vergi Məcəlləsində daha bir yenilik – «RİSKLİ VERGİ ÖDƏYİCİSİ»
Belə ki, Vergi Məcəllləinin 58.7-ci maddəsinə əlavə ediləcək dəyişikliyə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminalIar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməsi gözlənilir. Təklif edilən dəyişikliyə əsasən, Maliyyə sanksiyasının məbləğ vergi ödəyicisinin təqvim ili ərzində yol verdiyi pozuntuya əsasən aşağıdakı kimi tətbiq olunacaq:
- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində;
- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində;
- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Misal 1. POS-terminal quraşdırılmış obyekt olan marketdə alıcı ödənişi pos terminalla ödəmək istədiyi halda, vergi ödəyicisi bu imkanı yaratmadığı halda ona maliyyə sanksiyası tətbiq olunacaq. Vergi ödəyicisi təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat, iki və daha çox olduqada isə müvafiq olaraq 3000 və 6000 manat məbləğində maliyyə sanksiyası ödəməli olacaq. Təbii ki, bu cür pozuntular operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən olunacaq.
Misal 2. "A" MMC POS-terminalların quraşdırılması məcburi olan obyektlərdən hesab olunsa da, Pos-terminalın quraşdırılmasını həyata keçirməyib. Bu zaman da vergi orqanları tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunacaq.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
mks