Azərbaycanda büdcəyə ödəmələr müəyyən edilərkən ƏDV-nin əvəzləşdirilməsində yeniliklər gözlənilir.
FED.az xəbər verir ki, bu barədə Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklərdə nəzərdə tutulur.
Eləcə də bax: Azərbaycanda ƏDV ödəyicilərinin sayı - KƏSKİN ARTIB
Dəyişikliklərdə bildirilir ki, qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər ƏDV-nin əvəzləşdirilməsinə əsas vermir.
Bununla yanaşı, gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir.
Yalan əqdlər çərçivəsində aparılan əməliyyatlar üzrə rəsmiləşdirilən sənədlər, habelə riskli vergi ödəyicisindən əldə edilmiş elektron qaimə-faktura bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.