FED.az xəbər verir ki,"Ədliyyə Nazirliyinin tabe qurumların və müvafiq məhkəmələrin inzibati binalarında
cari təmir və qazlaşdırılma işləri" satınalınması üzrə Ədliyyə Nazirliyi 9 lot üzrə tender keçirir.
lot 1 - Samux rayon məhkəməsinin inzibati binasında cari təmir işləri
lot 2 - Tərtət Hərbi məhkəməsinin inzibati binasında cari təmir işləri
lot 3 - Fizuli Hərbi məhkəməsinin inzibati binasında cari təmir işləri
lot 4 - Lənkəran rayon məhkəməsinin inzibati binasında cari təmir işləri
lot 5 - Samux rayon icra və probasiya şöbəsinin inzibati binasında cari təmir işləri
lot 6 - Cəbrayıl rayon icra və probasiya şöbəsinin inzibati binasında cari təmir işləri
lot 7 - Probasiya Xidmətinin inzibati binasında cari təmir işləri
lot 8 - 16 rayon (şəhər) məhkəmələrinin inzibati binalarının qazlaşdırılması işləri
lot 9 - Quba və Beyləqan rayon icra və probasiya, Xaçmaz rayon qeydiyyat şöbələrinin inzibati binalarının qazlaşdırılması işləri
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, İnşaatçılar pr. 1 (Əlaqələndirici şəxs :M.Hüseynova, telefon :537-11-52) ünvanından ala bilərlər .
Eləcə də bax : Qəbələ Qızıl Balıqartırma Zavodu - Kotirovka sorğusu
Eləcə də bax : Səhiyyə Nazirliyi - Tender elanı
İştirak haqqı
lot 1 - 100 manat
lot 2 - 100 manat
lot 3 - 50 manat
lot 4 - 50 manat
lot 5 - 80 manat
lot 6 - 50 manat
lot 7 - 100 manat
lot 8 - 80 manat
lot 9 - 50 manat
Hesab: | AZ68CTRE00000000000002088471 |
VÖEN | 1300286111 |
Bank: | Dövlət Xəzinədarlığı Agentliyi |
Kodu: | 210005 |
VÖEN: | 1401555071 |
M/H: | AZ41NABZ011360100000000003944 |
S.W.İ.F.T: | CTREAZ22 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər: İddiaçının müvafiq işlərin görülməsi üçün lisenziyası, analoji işlərdə təcrübəsi, texniki və kadr imkanları barədə rəsmi məlumatlar
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-05-03 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-05-21 12:00qədər Bakı şəhəri, İnşaatçılar pr. 1 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-05-22 15:00 tarixində Bakı şəhəri, İnşaatçılar pr.1 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI