Hüquqi şəxs müvafiq lisenziya almaqla əczaçılıq fəaliyyəti ilə məşğul olduğu təqdirdə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?
FED.az xəbər verir ki, Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, Vergi Məcəlləsinə əsasən bina tikintisi fəaliyyətilə məşğul olan şəxslər istisna olunmaqla, lisenziya tələb edən fəaliyyət növü ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər. Odur ki, əczaçılıq fəaliyyəti lisenziya tələb etdiyindən hüquqi şəxs mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.
Eləcə də bax: Minimum əmək haqqı gəlir vergisindən azal edilsin - EKSPERTDƏN TƏKLİF
Azərtac